Sumqayıtda hava

Elan

"SOCAR - ÜMİD"də VAKANSİYALAR

"SOCAR - ÜMİD"də VAKANSİYALAR



SOCAR - ÜMİD MMC aşağıdakı vakansiyalar üzrə işçilərin qəbulunu elan edir.
Mexanik
Vəzifə üzrə təlimat
- Neftin emal və neft məhsullarının istehsal üzrə qurğuların bütün növlərdən olan aparat, avadanlıq və kommunikasiyalarının qəzasız və etibarlı işini, aparat və avadanlıqların düzgün istismarını, onların vaxtında və keyfiyyətlə təmirini və yeniləşdirilməsini təmin edir.
- Aparat və avadanlıqlara müntəzəm baxış keçirilməsini, plan-xəbərdarlıq təmir qrafiklərinin, pasport və digər sənədlərin tərtib olunmasını təşkil edir.
- Qovşaq və detalların təmiri və bərpası üzrə mütərəqqi metodları, həmçinin aparat və avadanlıqların xidmət müddətinin artırılması və boşdayanmalarının ixtisarı, təmirin dəyərinin azaldılması və keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri işləyir və həyata keçirir.
- Avadanlıq və aparatların, ayrı-ayrı detal və qovşaqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq edir.
- Aparat və avadanlıqların işlərinin, onların boşdayanma səbəb və müddətlərinin, təmir və modernləşdirmə üzrə yerinə yetirilmiş işlərin uçotunu təşkil edir.
- Avadanlıqlarda baş vermiş qəzaların səbəblərinin təhqiqində, qəza və istehsalat zədələnmələrinin qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak edir.
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin edir.
- Təmirə ayrılmış vəsaitlərin xərclənməsinə, təmir üçün zəruri olan material, ehtiyat hissələri və alətlərin alınmasına dair sifarişlərin tərtib olunmasına, onların istifadəsi üzrə uçot və hesabatların aparılmasına nəzarəti həyata keçirir.
- Avadanlıqların təmiri və modernləşdirilməsi üzrə səmərələşdirici təklifləri və ixtiraları müzakirə edir, onlar üzrə rəylər verir, qəbul olunmuş təkliflərin tətbiqinə təminat yaradır.
- Aparatların, avadanlıqların təmirini həyata keçirən və onları saz vəziyyətdə saxlayan istehsalat (sahə) işçilərinə rəhbərlik edir.

Bilməlidir:
İstehsal avadanlıqlarının iş rejimlərini, təşkilatlarını, konstruktiv xüsusiyyətlərini və texniki xarakteristikalarını; onların texniki-istismar qaydalarını; planlaşdırma metodlarını; təmir işlərinin texnologiyası və təşkilini; qüsur cədvəllərinin və digər texniki sənədlərin tərtib olunma qaydalarını; avadanlıqların təmirə verilmə və təmirdən alınma qaydalarını; məhsulun istehsal texnologiyasının əsaslarını; istehsalın (sahənin) texniki inkişaf perspektivlərini; iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.
E-mail: k.hajiyeva@socar-umid.com

Daxili yanma mühərrikləri üzrə mexanik
Vəzifə təlimatı.
- Daxiliyanma Mühərriklərinə Mexanika xidmətlərinin avadanlıqlarının fasiləsiz və texniki cəhətdən düzgün istismarını, etibarlı işini və  onların saz vəziyyətdə saxlanılmasının təşkilini  təmin edir;
- Daxiliyanma Mühərriklərinin Tələb olan çeşidlər üzrə yağ və sürtkü materiallarının normalara uyğun təklif və illik tələbat hesabatını hazırlayır;
- İllik bölgü əsasında struktur təşkilatlarda sürtgü yağlarının istifadəsinə nəzarət edir, aylıq məlumatı struktur təşkilatlardan vaxtlı-vaxtında alır və İstehsalat üzrə işlənməsinin hesabatını hazırlayır;
- Yanacaqların və sürtgü yağlarının düzgün saxlanılması, qorunması və  istifadə edilməsi üçün təhlükəsizlik şərtlərinə əməl olunmasını tələb edir;
- Daxiliyanma Mühərriklərinində avadanlıqlarının istismarı zamanı baş vermiş qəzaların tədqiq edilməsində iştirak edir və texniki tədbirlər hazırlayır;
- Mənəvi köhnəlmiş avadanlıqların əvəz edilməsi ilə əlaqədar məsələlərin qaldırılmasında  və icrasında iştirak edir;
- Yararsız və amortizasiya vaxtı qurtarmış avadanlıqların silinmə sənədlərinin düzgün tərtib olunmasına nəzarət edir;
- Silinməyə aid olan avadanlıqları yerində yoxlayır və şöbə rəisinə avadanlığın vəziyyəti haqqında hesabat verir;
- Daxiliyanma Mühərriklərində avadanlıqlarının düzgün saxlanılması və istismar məsələləri ilə təşkilatların fəaliyyətinə metodiki və texniki rəhbərliyi həyata keçirir;
- "SOCAR-ÜMİD” MMC-nin arasında artıq və ya lazım olmayan avadanlıqları yenidən bölüşdürmək üzrə təkliflər hazırlayır;
- Neft-mədən avadanlıqlarının illik ehtiyac hesabatının düzgün hazırlanmasına və il ərzində onların hərəkət  üçotunun aparılmasına nəzarət edir;
- Neft-mədən avadanlıqlarının ehtiyat hissələrinə , rezin-texniki məmulatlara olan illik tələbatını və hesabatını tərtib edir;
- İl ərzində neft-mədən avadanlıqlarının ehtiyat hissələrinin bölgüsünü hazırlayır;
- Neft-mədən avadanlıqlarının texniki vəziyyətini yerlərdə araşdırıb normal vəziyyətə gətirmək üçün tədbirlər planı tərtib edir və icrasına nəzarət edir;
- Şöbəyə gələn və çıxan sənədlərin, əmrlərin, protokolların üçotu və nəzarəti, kompüterdə cədvəllərin, sənədlərin aparılmasını təşkil edir;
- Sənədlərin protokollaşdırılması və arxivə verilməsini vaxtında təşkil edir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
- Şöbə rəisinin tapşırıqlarını yerinə yetirir.

Bilməlidir:
neft sənayesində və müəsisədə material-avadanlıq ehtiyatlarının təchizatının təşkilini;planlı-xəbərdarlıq təmirinin vahid sistemi və mexaniki avadanlıqların səmərəli istismarının təşkilini; mexaniki avadanlıqların istismar qaydalarınını, texniki xarakteristikalarını, iş rejimləri və konstruktiv xüsusiyyətlərini;yanacaq-enerji ehtiyatlarının sərfi normalarının işlənməsi qaydalarını;Cəmiyyətin strukturunu, iqtisadi fəaliyyətini və perspektiv inkişaf planını; Vəzifə təlimatını; Cəmiyyətin daxili intizam qaydalarını; kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.
E-mail: k.hajiyeva@socar-umid.com

Son müraciət tarixi: 2015-11-25
jobsearch.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR