Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bakı-Sumqayıt qatarlarından 74 min sərnişin istifadə edib

Bakı-Sumqayıt qatarlarından 74 min sərnişin istifadə edib



Bakı-Sumqayıt-Bakı elektrik qatarları ilə daşınan sərnişinlərin sayı açıqlanıb.
"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov açıqlamasında deyib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə "Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarları 12 sentyabrdan 27 oktyabra kimi 74 min 59 nəfər sərnişinə xidmət göstərib.
Bakı sərnişin stansiyasından standart vaqonlara 39 min 232, biznes sinfinə aid olan vaqonlara 1439, Sumqayıt stansiyasından standart vaqonlara 32 min 473, biznes sinfinə aid olan vaqonlara isə 915 bilet satılıb.
Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı ikimərtəbəli elektrik qatarları sentyabr ayının 12-də hərəkətə başlayıb.
AzVision.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR