Sumqayıtda hava

Manşet, Cəmiyyət

Lisenziya almaq `ASAN`laşdı - Bu ünvanlara gedin

Lisenziya almaq `ASAN`laşdı - Bu ünvanlara gedin



Azərbaycanda lisenziya almaq artıq asanlaşacaq.
Lisenziyaların verilməsi ilə bağlı sualları İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov cavablandırır.

- Hazırda lisenziyalarla bağlı hansı işlər görülür?

- Dövlət başçısının 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırığa uyğun olaraq, hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi və dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin müəyyən olunması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflər hazırlanır. Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyə əsasən lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləməyi tövsiyə edirik.

- Yeni siyahı və qaydalar təsdiq olunanadək lisenziyaların verilməsi prosesi necə həyata keçiriləcək?

- Hazırda həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır, "ASAN xidmət" mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına müvafiq treninqlər keçirilir. Bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanılacaq. Növbəti mərhələdə isə qısa müddət ərzində yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların (ilk dəfə) verilməsi ilə bağlı müraciətlərin qəbuluna start verilməsi nəzərdə tutulur.

Lisenziyalar "ASAN xidmət" mərkəzləri vasitəsilə aşağıdakı ünvanlarda veriləcək:

- Bakı şəhəri üzrə 5 saylı "ASAN xidmət" mərkəzi (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115);

- Regionlarda mövcud olan "ASAN xidmət" mərkəzləri:
ASAN xidmətin regional mərkəzlərinin rekvizitləri
ASAN-nın xidmət göstərdiyi rayonlar
ASAN-da xidmət göstərəcək İSN əməkdaşı

1. Sumqayıt "ASAN xidmət” mərkəzi
Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d
(012) 444 74 88
(018) 65 43 120
Çağrı Mərkəzi: 108
Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Qubadlı rayonları
Hüseynov Elnur
(055) 510 51 52
elnur.huseynov@economy.gov.az
Dövlətov Əli
(055) 279 49 89
ali.dovletov@economy.gov.az
Mahmudov Nihad
(055) 221 02 12
nihad.mahmudov@economy.gov.az

2. Bərdə "ASAN xidmət” mərkəzi
Bərdə, Heydər Əliyev prospekti 100
(012) 444 74 88
Çağrı Mərkəzi: 108
Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax, Füzuli və Tərtər rayonları
Salmanzadə İlham
(050) 766 37 22
ilham.salmanzade@economy.gov.az
Hüseynov Sənan
(055) 227 08 54
senan.huseynov@economy.gov.az
Orucov Fərid
(055) 227 06 94
farid.orucov@economy.gov.az

3. Sabirabad "ASAN xidmət” mərkəzi
Sabirabad, Heydər Əliyev prospekti 128
(012) 444 74 88
Çağrı Mərkəzi: 108
Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Neftçala, Biləsuvar, Hacıqabul, Şirvan, Salyan, Beyləqan, Xocavənd və Füzuli rayonları
Nəbiyev Bəhram
(055) 333 95 34
behram.nebiyev@economy.gov.az
Oruclu Elçin
(055) 600 88 09
elchin.oruclu@economy.gov.az
Məmmədov Vüsal
(055) 227 06 25
vusal.mammadov@economy.gov.az

4. Gəncə "ASAN xidmət” mərkəzi
Gəncə, Heydər Əliyev prospekti 87a
(012) 444 74 88
(022) 265-08-96
Çağrı Mərkəzi: 108
Gəncə və Naftalan şəhərləri, Şəmkir, Goranboy, Göygöl, Gədəbəy, Xocalı, Samux, Daşkəsən, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonları
Şükürov Ceyhun
(050) 264 10 06
ceyhun.shukurov@economy.gov.az
Seyidzadə Sərxan
(055) 227 05 54
sarxan.seidzade@economy.gov.az
İsayev Şəhriyar
(055) 727 74 44
shehriyar.isayev@economy.gov.az

- "ASAN xidmət" mərkəzləri olmayan rayonlarda lisenziyaların verilməsi prosesi müvəqqəti olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin yerli regional bölmələri vasitəsi ilə həyata keçiriləcək.

Sıra № -si
İSN-nin Regional bölmələrinin rekvizitləri
Regional bölmələrin xidmət göstərdiyi rayonlar
Regional bölmələrdə xidmət göstərəcək əməkdaşlar

1. Dağlıq Şirvan regional bölməsi
Şamaxı şəhəri, H.Əliyev küç 23
(02026) 5-17-87
Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonları
Səlimov Ceyhun
(055) 767 07 56
ceyhun.selimov@economy.gov.az
Yaqubov Xalid
(055) 597 37 84
xalid.yaqubov@economy.gov.az

2. Aran regional bölməsi
Yevlax şəhəri, H.Əliyev pr-ti 34
(02233) 6-73-10
Ağdaş, Cəbrayıl, Göyçay, Ucar və Zərdab rayonları, Mingəçevir şəhəri
Nağıyev Tural
(070) 398 84 56
tural.nagiyev@ economy.gov.az
Məmmədov Sani
(055) 765 04 55
sani.mammadov@economy.gov.az

3. Şəki-Zaqatala regional bölməsi
Şəki şəhəri, 20 Yanvar küç 8 (Şəki Şəhər İH-nin inzibati binası)
(02424) 4 27 11
Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonları
Babayev Samir
(055) 227 09 28
samir.babayev@economy.gov.az
Eminov Aqşin
(055) 550-50-19
aqshin.eminov@economy.gov.az

4. Lənkəran regional bölməsi
Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3
(02525) 5 10 71
Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonları, Lənkəran şəhəri
Cəfərov Yusif
(050) 416 15 13
(055) 227 08 74
yusif.cafarov@economy.gov.az
Hüseynov Cəsarət
(050) 548 80 09
casarat.huseynov@economy.gov.az

Qeyd: Qaçqın və məcburi köçkün olan sahibkarlar fəaliyyət göstərdikləri ərazi üzrə "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
Azvision.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR