Sumqayıtda hava

Cəmiyyət

SDU-da beynəlxalq elmi konfrans keçirildi

SDU-da beynəlxalq elmi konfrans keçirildi



Sumqayıt Dövlət Universitetində Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu ilə birgə "Energetikanın müasir elmi-texniki və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Universitetin Mətbuat Xidmətinin məlumatına görə öncə qonaqlar universitetin rektoru Elxan Hüseynovla elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi apardılar.
Konfransın plenar iclasında rektor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı və Sumqayıt şəhər İH başçısının müavini Elgin Həbibullayevi, İrkutsk şəhərinin L.A.Melentyev adına Energetik Sistemlər İnstitutunun direktor müavini Sergey Senderovu və aparıcı elmi işçisi Viktor Kupbackini, Zaporojye Dövlət Mühəndislik Akademiyasının Elektron sistemləri kafedrasının müdiri, professor Tatyana Kritskayanı, Pskov Dövlət Universitetinin dosenti, texniki elmlər namizədi İvan Bandurin, həmçinin respublikamızın universitetlərindən, elmi-tədqiqat institutlarından dəvət olunmuş dəyərli alimlərimizi iştirakçılara təqdim etdi. 
Professor E.Hüseynov bildirdi ki, yüksək dinamizmlə inkişaf edən Azərbaycan imza atdığı yeni və möhtəşəm nailiyyətlər sayəsində getdikcə daha qüdrətli dövlətə çevrilib. Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir.
Ölkəmizin elektroenergetikasının inkişafına nəzər salan rektor qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdı. Ulu öndərin şah əsəri olan «Əsrin müqaviləsi», Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası hesabına ölkəmizin elektrik enerjisi sistemi respublikanın bütün ərazisini əhatə edib. Strateji xəttin uğurla həyata keçirilməsi və hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcılıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirib.
"Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamlar Energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcı oldu. Bu da öz növbəsində iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir. Bu təlabata uyğun olaraq universitetimiz 1962-ci ildə iki ixtisas üzrə energetika mütəxəssisi hazırlığına başlamış, hal-hazırda energetika ixtisaslarına qəbulun həcmi təxminən 2 dəfə artırılmışdır. TEMPUS layihəsi çərçivəsində universitetimizin 3 ixtisası bakalavr təhsili üzrə Proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektroenergetika mühəndisliyi və magistr təhsili üzrə kimya sənayesində enerji menecmenti ixtisasları Avropa Akkreditasiya Agentliyinin sertifikatına layiq görülüb. Bunlar tələbələrin Avropa əmək bazarına inteqrasiya etməsinə zəmin yaradır.
Müxtəlif mövzularda məruzələr dinlənildi. Qonaqlar təşkilatçılıq üçün rektor Elxan Hüseynova dərin təşəkkür etdilər və qeyd etdilər ki, belə tədbirlər ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Ölkəmizin sürətli inkişafı onlarda heyrətamiz təəssürat yaratdığını və Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğuladılar.
Konfrans qarşılıqlı müzakirə şəklində davam etdirildi. Qonaqlar Fizika və elektroenergetika fakültəsində oldular və bütün fənnlər üzrə stendlərlə təchiz olunmuş müasir laboratoriyalar barədə professor-müəllim heyəti tərəfindən məlumatlandırıldılar.
Beynəlxalq konfrans öz işini bölmələr üzrə davam etdirir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR