Sumqayıtda hava

Elan

Fransada magistr təhsili almaq istəyən gənclərin nəzərinə!



SOCAR Xarici Təqaüd Proqramı çərçivəsində Fransanın nüfuzlu universitetlərində ingilis və ya fransız dillərində magistr təhsili almaq istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə hazırda bakalavr pilləsinin 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 01.01.2016 tarixidir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
Geologiya (geofizika) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Neft - qaz mühəndisliyi (istismar, qazma və sairə)
Kimya mühəndisliyi
Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
Elektroenergetika mühəndisliyi
Elektrik mühəndisliyi
İnşaat mühəndisliyi
Kompüter mühəndisliyi (elmləri)
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Proseslərin avtomatlaşdırılması mühəndisliyi (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
 
Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlər və suallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.
Qeydlər:
1. Müsabiqədə yalnız 29 yaşa qədər olan gənclər iştirak edə bilər.
2. İngilis dilində təhsil almaq üçün müraciət edən namizədlər İELTS (min. 6.0 bal) və yaxud TOEFL (min. 80 bal) sertifikatına malik olmalıdır.
3. Fransız dilində təhsil almaq üçün müraciət edən namizədlər isə TCF və yaxud DELF üzrə minimum B1 səviyyəsini göstərən sertifikata malik olmalıdır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR