Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Təhsil şöbəsinə müdir təyin olundu - EKSKLÜZİV



Bildiyimiz kimi, Sumqayıtın yeni təyin olunmuş icra başçısı ilk olaraq şəhər təhsil şöbəsinin müdiri, daha doğrusu o səlahiyyətləri icra edən Vaqif Ələkbərovu tutduğu vəzifədən azad etdi. Artıq bir aya yaxındır ki, bu vəzifəyə kimin təyin olunması ilə bağlı müxtəlif fikirlər dolaşır.
Bu posta Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov və artıq ləğv olunmuş Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt şəhər filialının direktori kimi çalışmış Raya Nəcəfovanın gətiriləcəyi gözlənilsə də, ehtimallar özünü doğrultmayıb.
Artıq Sumqayıt Təhsil şöbəsinə müdir təyin olunub. Belə ki, Səmədov Teymur Qırımxan oğlu Sumqayıt Təhsil şöbəsinə müdir təyin olunub. T.Səmədov bu təyinata qədər şəhər 4 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb.
T.Səmədov açıqlamasında təyinatı təsdiqləyib və bu gündən Sumqayıt Təhsil şöbəsinin müdiri kimi vəzifəsinin icrasına başladığını bildirib.
Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR