Sumqayıtda hava

Manşet, Cəmiyyət

Kimya sənayemizin 70 illiyi Sumqayıtda möhtəşəm tədbirlə qeyd edildi - FOTOLAR

Kimya sənayemizin 70 illiyi Sumqayıtda möhtəşəm tədbirlə qeyd edildi - FOTOLAR

Oktyabrın 30-da Sumqayıtda ölkəmizdə kimya sənayesinin yaranmasının 70 illik yubileyi münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
Azərikimya İB-nin Mətbuat Xidmətindən "YeniSumqayit.Az"a verilən məlumata görə, tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İH-nin başçısı Zakir Fərəcov, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.
Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər əvvəlcə "Azərikimya” İB-nin baş ofisində olub, Birliyin "Etilen-Polietilen” zavodunun müxtəlif istehsalat sahələri ilə əlaqədar elan edilmiş vakansiyalar üzrə İnsan Resursları Departamenti tərəfindən aparılan test imtahanının gedişi ilə maraqlanıblar. İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli elan olunmuş vakansiyalar və test imtahanları haqqında qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Birliyin Sumqayıt şəhər sakinləri üçün keçirdiyi bu dəfəki test imtahanında "Avtomatika üzrə proqramlaşdırıcı”, "Mühəndis-texnoloq” və "Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis” vakansiyaları üzrə 79 sumqayıtlı namizəd öz biliyini yoxlayacaq. Rövnəq Abdullayev imtahan verəcək gənclərlə görüşüb, onlara uğurlar arzulayıb.
Sonra iştirakçılar tədbirin keçiriləcəyi Sumqayıtın Tarix Muzeyinə gəliblər. Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova Muzey barədə ətraflı məlumat verərək bildirib ki, 1967-ci ildən fəaliyyət göstərən Muzeydə 14000-dən artıq eksponat saxlanılır. Burada Heydər Əliyev guşəsi yaradılıb, Ulu öndərin büstü qoyulub, ümummilli liderin Sumqayıta səfərləri ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar yerləşdirilib.
Tədbirin rəsmi hissəsini "Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev açaraq qonaqları salamlayıb, onları kimya sənayesinin 70 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
SOCAR prezidenti Rövnəq Abdullayev iştirakçıları, Sumqayıt şəhər ictimaiyyətini, ümumiyyətlə Azərbaycan xalqını ölkəmizdə kimya sənayesinin yaranmasının 70 illiyi münasibəti ilə təbrik edib, kimya sənayesinin tarixi, əldə edilmiş uğurlar, qarşıda duran perspektivlər barədə geniş çıxış edib. Rövnəq Abdullayev kimya sənayesinin inkişaf strategiyası proqramına uyğun olaraq Sumqayıtın sənaye zonasında çox geniş bir ərazidə Kimya Sənaye Parkının yaradıldığını, təməli möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən qoyulmuş azot gübrəsi istehsal edəcək Karbamid zavodunun, "SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun, eləcə də yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisinin uğurla davam etdirildiyini söyləyib. Prezident İlham Əliyevin əlamətdar yubiley münasibəti ilə kimyaçıların bir qrupunun ali dövlət mükafatları ilə təltif etməsini kimyaçılara göstərilən daimi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirən SOCAR prezidenti kimyaçıların adından ölkə başçısına dərin minnətdarlığını ifadə edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan neftçiləri və onların avanqard qüvvəsi olan neft kimyaçıları Vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə həmişə olduğu kimi bundan sonra da fədakarlıqla çalışacaqlar.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Sumqayıt şəhər İH-nin başçısı Zakir Fərəcov çıxış edərək kimyaçıları bayram münasibətilə təbrik edib, ölkə iqtisadiyyatının inkişafı naminə gördüyü işlərdə onlara uğurlar arzulayıblar. Veteran kimyaçı Firuddin Mustafayev ötən dövr ərzində yüzlərlə kimyaçının əməyinin dövlətimiz tərəfindən fəxri adlar, müxtəlif orden və medallarla qiymətləndirildiyini qeyd edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlığını bildirib.
Sonra uzun illər kimya sənayesində çalışmış, bu səhədə səmərəli fəaliyyət göstərmiş qabaqcıl kimyaçıların müxtəlif mükafatlarla təltif olunma mərasimi keçirilib. Prezident İlham Əliyevin 26 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni, Prezidentin fərdi təqaüdü və "Tərəqqi” medalı ilə təltif olunmuş kimyaçılara, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Fəxri fərman və pul mükafatlarına layiq görülən 19 nəfər kimyaçıya, Sumqayıt şəhər İH-nin başçısı Zakir Fərəcovun əmri ilə təltif olunan 10 nəfər kimyaçıya mükafatlar təqdim olunub. Bundan əlavə, 15 kimyaçı da "Azərikimya” İB tərəfindən fəxri fərman və pul mükafatlarına layiq görülüb.
Tədbir Sumqayıt şəhər 11 saylı tam orta məktəbin şagirdlərinin ifasında səsləndirilən "Canlanır hər qarış yer Sumqayıtda, xarüqələr yaradır el Sumqayıtda” təbrik mahnısı ilə sona çatıb.

Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR