Sumqayıtda hava

Cəmiyyət

“Sağlam Düşüncə” Sumqayıtda ekoloji maarifləndirmə kampaniyasına start verib

“Sağlam Düşüncə” Sumqayıtda ekoloji maarifləndirmə kampaniyasına start verib



"Sağlam Düşüncə” Gənclər Təşkilatı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sumqayıt şəhərində "Yaşıl düşüncə” ekoloji maarifləndirmə kampaniyasına start verib.
Təşkilatdan "YeniSumqayit.Az"a verilən məlumata görə kampaniyanın əsas məqsədi əhalinin ekoloji maarifləndirilməsini gücləndirmək, gənc və yeniyetmələr arasında ekoloji məsuliyyətin formalaşdırılmasıdır. Layihə çərçivəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün gənclər və yeniyetmələr üçün ekoloji problemlər və onların həllində onların rolundan bəhs edən informasiya sessiyaları, ekoloji problemlərin müzakirəsi üçün məktəblilər arasında debat yarışları, velosipedin nəqliyyat vasitəsi kimi təbliği üçün velo-yürüş, gənclər üçün ekoloji problemləri özündə əks etdirən bədii-sənədli filmlərin nümayişi və müzakirəsi təşkil ediləcək. Eyni zamanda "Təbiət Dostları” Gənclər Təşkilatı və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi "Yaşıl Düşüncə” ekoloji maarifləndirmə kampaniyasının tərəfdaşıdır.
Kampaniya çərçivəsində 22 oktyabr tarixində Sumqayıt şəhərində 34 saylı orta məktəbdə və 23 oktyabr tarixində isə 31 saylı orta məktəbdə ekoloji mövzüda informasiya sessiyaları təşkil edilib. Məktəblər tərəfindən maraqla qarşılanan seminarlar "Təbiət Dostları” Gənclər Təşkilatının sədri və ekologiya elimləri üzrə fəlsəfə doktoru Elşən Nuriyev tərəfindən aparılıb. Info-sessiyalar zamanı ekspert ilk öncə iştirakçılar üçün məlumatlandırıcı təqdimatlar göstərib, daha sonra isə praktiki məşğələlər təşkil edib. Seminarların sonunda iştirakçıların ekoloji vərdişlərini inkişaf etdiriməsi üçün ev tapşırıqları qismində tövsiyyələr verilib.
Oktyabrın 24-də Sumqayıt şəhərində yerləşən Reduco Tədris mərkəzində gənclər üçün "EV / HOME” Sənədli filminin nümayişi təşkil edilib. Qlobal ekoloji problemləri özündə əks etdirən filmin nümayişindən sonra gənclərlə filmdə nüşahidə edilənlər müzakirə edilib.
Kampaniya çərçivəsində Sumqayıt şəhərində tədbirlər noyabr və dekabr aylarında da davam etdiriləcək. Orta təhsil müəsissələrində informasiya-sessiyaları, məktəblilərin iştirakı ilə debat turniri, gənclər üçün bəddi-sənədli filmlərin nümayişi və Velo-yürüş təkil ediləcək.
Qeyd edək ki, "Sağlam Düşüncə” Gənclər Təşkilatı yarandığı gündən ekoloji maarifləndirməni əsas fəaliyyət istiqaməti kimi seçib və bir çox ekoloji layihələrin icraçısı və tərəfdaşı olub.

“Sağlam Düşüncə” Sumqayıtda ekoloji maarifləndirmə kampaniyasına start verib

 

“Sağlam Düşüncə” Sumqayıtda ekoloji maarifləndirmə kampaniyasına start verib

 

“Sağlam Düşüncə” Sumqayıtda ekoloji maarifləndirmə kampaniyasına start verib

 

“Sağlam Düşüncə” Sumqayıtda ekoloji maarifləndirmə kampaniyasına start verib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR