Sumqayıtda hava

Cəmiyyət

Bu dükanlarda yararsız məhsullar satılır

Bu dükanlarda yararsız məhsullar satılır


"Yeni Sumqayıt"ın İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla verdiyi məlumata əsasən Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində 17-ci məhəllə, 46/3 ünvanında yerləşən, Təsil Mahmudova məxsus olan və Koroğlu prospektində yerləşən, Leyla Nəzərovaya məxsus olan mağazalarda normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR