Sumqayıtda hava

Elan

Mühəndislər üçün SƏTƏM kursları - ÖDƏNİŞLİ

Mühəndislər üçün SƏTƏM kursları - ÖDƏNİŞLİ



Əziz mühəndislər.

Business Development Solutions yeni təlimlərə start verir. Sənayedə əməyin təhlükəsizliyi və ətraf mühit (bundan sonra SƏTƏM) əməkdaşları üçün İnkişaf proqramı təqdim edir.

Təlimlərdə nəzəri və praktiki kursun məqsədi personalın avadanlıqla və tikinti aparılan ərazilərdə çalışdığı müddətdə SƏTƏM-in prinsiplərinin tətbiqi və praktiki mənimsənməsidir. Bu səbəblə gündəlik və spesifik tapşırıqların yerinə yetirilməsi üçün personalın professionallığının artırılması təlimlərin əsas hissəsini təşkil edir. Məqsəd isə əməkdaşların maksimum dərəcədə təhlükəsizliyinə əmin olmaq, avadanlıq,
iş sahələri və tikinti sahələrində SƏTƏM-ə dəstək nöqteyi-nəzərindən gündəlik və spesifik 
tapşırıqların icrası zamanı personalın bilik və təcrübələrinin professional təlimçilər tərəfindən 
artırılmasıdır.

Kurs ərzində tədris olunacaq mövzular:

1-ci Gün

1. SƏTƏM-in dünya təcrübəsinə əsaslanan rolu və öhdəlikləri ilə tanışlıq 
2. Təqdimat, Kommunikasiya və Əməyin təhlükəsizliyi üzrə professional səriştələr
3. Fərdi Qoruyucu Vasitələr (Avadanlıqlar) ilə bağlı beynəlxalq normalara uyğun məlumatlandırma

2-ci Gün

4.Yüklərin əl ilə Daşınma prosesi ilə bağlı beynəlxalq səriştələr və qiymətləndirmələr 
5. Hadisələrin araşdırılması və məruzə edilməsinin peşkar texnikaları

3-ci Gün

6. Yüksəklikdə İşlərin aparılması texnikası və praktikası. Hündürlükdə aparılan işlərin icrası zamanı yıxılmalar və zədələnmələrdən qorunma vasitələri.
7. Təhlükənin Müəyyən Edilməsi və tapşırıqların icrası ilə bağlı risklərin qiymətləndirilməsində ənənəvi deyil mütəxəssis yanaşması 
8. İş Yerində Təhlükənin aşkar edilməsi və İş şəraiti

4-cü Gün

9. Fövqəladə Hallara Hazırlıq (İlkin Tibbi Yardım, Yanğınla Mübarizə, SCBA)

5-ci Gün

10. Ətraf mühitin İdarə edilməsi sistemi 
11. İnsan sağlamlığına zərərli maddələrə nəzarət

6-ci Gün

12. Tikinti Sahəsi – Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə olunması
13. Nərdivan və Skaffold (Taxtabənd)barədə Məlumatlılıq
14. Mobil Tikinti Avadanlıqları ilə bağlı Ümumi Məlumat

7-ci Gün

15. Əməyin Təhlükəsizliyi ilə bağlı Effektiv Mədəniyyətin İnkişaf Etdirilməsi 
16. Maşın, Alət və İş Yeri Avadanlıqları 
17. Qazma və Kanal Qazılması Sessiyaları

8-ci Gün

18. SƏTƏM Sahəyə Baxış və Potensial Təhlükənin Aşkar edilməsi (praktiki imtahan)
19. SƏTƏM Auditinin əsasları

Fayda: Bütün Modul İmtahanlarını müvəffəqiyyətlə keçdikdən sonra namizədlər SƏTƏM Əməkdaşlarının gündəlik və spesifik vəzifələri ilə bağlı dərin biliklərə malik olacaq və nəticə 
etibarı ilə sənayenin müxtəlif sahələrində SƏTƏM-in idarə olunmasına öz mütəxəssis tövhələrini verə biləcəklər. Təqdimat, audit səriştələri, fövqəladə hallarda istifadə ediləcək 
avadanlıq və vasitələrlə bağlı xüsusi vərdişlər SƏTƏM istiqamətli karyera istiqamətində dərin bilik və təcrübələrin əldə edilməsinə yardım göstərəcək.

Təlimin dili: Azərbaycan
Təlimin müddət: 64 saat (2 ay)
Xidmət haqqı: 250 Azn.
Başlanma vaxtı: 15 noyabr, 2015.
qeydiyyatdan keçən ilk 20 nəfər.

Ünvan:Zərgərpalan küçəsi,88. Nizami metrosunun yaxınlığı
T: (+99412) 594 98 22, (+99450) 305 49 59
Office@bds.az






Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR