Sumqayıtda hava

Manşet, Cəmiyyət

Əkrəm Həsənovun yeni kitabı işıq üzü gördü

Əkrəm Həsənovun yeni kitabı işıq üzü gördü



AMEA-nın M.Füzuli adına Əlyazmalar institunun böyük elmi işçisi, gənc alim, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Bəhram oğlu Həsənovun yeni 4-cü kitabı işıq üzü görüb.
"Məhəmməd peyğəmbərə kömək etməyin 100 yolu” adlı elmi, dini, kütləvi kitabda Ə.Həsənov Məhəmməd peyğəmbərə (s.ə.s.) kömək etməyin yüz yolunu bəndlərlə göstərir. Əkrəm Həsənov bu kitabçanı qələmə aldıqdan sonra ilahiyyat sahəsində yazanlar, mütəxəssis olanların bəziləri ilə əsəri tanış edib. Ümumi olaraq əsər müasir və aktual məsələlərə toxunduğu üçün bir çox mütəxəssislər tərəfindən bəyənilib və müsbət rəylər verilib.
Müəllif kitabçada Məhəmməd Peyğəmbərə (s.ə.s) qarşı aparılan əks təbliğatlara, dünyanın hər yerində ona qarşı çəkilən karikaturalara, hücumlara müsəlmanların necə cavab verəcəklərinin yollarını bənd-bənd göstərib. Kitabın ön sözündə müəllif kitabın yazılması haqqında, kitaba bu adın verilməsinin səbəbləri haqqında açıqlama gətirib. Həmçinin ön sözdə kəlimeyi şəhadətin ikinci tərəfi olan Peyğəmbərə imanın məqbul ola bilməsi, tövhid kəliməsinin ikinci hissəsinin gerçəkləşməsi və "Məhəmməd (ona və ailəsinə salam olsun) Allahın elçisidir” şahidliyinin qəbul oluna bilməsi üçün hər müsəlmanın bu mənanı gerçəkləşdirməyə çalışması və Peyğəmbərə kömək etməyin vacib olmasını bildirilib.
Kitabda fərdi, ailə və cəmiyyət, təlim-təhsil sektoru, imamlar, dəvətçilər, elm əhli, məscid axundları, tələbələr, ziyalılar, fikir adamları (mütəfəkkirlər), müxtəlif elm sahəsinin alimləri, media mənsubları, jurnalistlər, internet işçiləri, sayt sahibləri, xeyir qurumları, şadlıq sarayları, mərasim evləri, zənginlər, iş adamları, imkanlı şəxslər, bir sözlə müxtəlif kateqoriyaya aid insanların və idarə-təşkilatların öz sahələrinə uyğun edəcəkləri köməkliklərin nələr olduğu bənd-bənd göstərilir. Kitabda Allah Rəsulunun özünə, onun sevdiklərinə, əhli-beytinə, səhabələrinə olan sevginin növləri, dərəcələri, keyfiyyətləri bəndlər halında oxucuya çatdırılır.
Məhəmməd peyğəmbəri (s.ə.s) yaxşı tanımaq üçün hansı addımların atılacağı, Ona nazil olunan vəhyin əsas götürülməsinin vacib olmasını, onun sünnəsi (yolu) ilə getməyin, Onun şəxsiyyətini tanımağın metodları bəndlər şəkilində açıqlanaraq oxucuda Allahın elçisinə qarşı sevgi yaradır, Onu tanımağın yolları və istiqamətləri işıqlandırılır. Ailədə Peyğəmbəri tanımaq üçün nələr etmək lazım olduğu bəndlər halında verilir. Universitetlərdə, institutlarda, ali və orta təhsil müəssisələrində görüləcək işlər işıqlandırılır. Kütləvi informasiya vasitələrinin bu işdə görəcəyi vacib işlər bəndlər halında izah olunur.
Müəllif kitabın sonunda hər kəsin üzərinə düşən vəzifəni qeyd edir. Bildirir ki, hər kəsin gücü çatdığı qədər Allah tərəfindən öz seçilmiş Peyğəmbərinə, Məhəmmədə (s.ə.s) kömək etməsi vacib, lazım olduğu üçün bu kitabça hazırlanıb. Kitabça Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunub.
Qeyd edək ki, bundan əvvəl Ə.Həsənovun "Övladlarına namazı necə aşılamalısan", "Müasir cəmiyyətdə islam", "Salman əl-Farisinin erkən islam tarixində rolu" adlı kitabları nəşr olunaraq oxucuların ixtiyarına verilib.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR