Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda şahmat birinciliyi keçirilib

Sumqayıtda şahmat birinciliyi keçirilib



26-31 oktyabr tarixlərində Sumqayıt şəhər 3 saylı Uşaq Gənclər İdman Şahmat Dama Məktəbində "Milli Dirçəliş günü”nə həsr olunmuş 8, 10, 12, 14, 16 yaşadək oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.
Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Fərid Orucov (8 yaş), Samir Məmmədov (10 yaş), Abusəddin Mollayev (12 yaş), Fərhad Fərhadlı (14 yaş) oğlanlar, Leyla Rzalı (8 yaş), Gülzar Hüseynova (10 yaş), Nəzrin Hüseynova (12 yaş), Səbinə Rzalı (16 yaş) isə qızlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışda I - III yerləri tutmuş idmançılar 2016-cı ilin yanvar ayında keçiriləcək Azərbaycan birinciliyinin seçmə yarışlarında iştirak etmək hüququ əldə ediblər.
Birinciliyin qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunub.
Sumqayıtda şahmat birinciliyi keçirilib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR