Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Dram teatrında “Hacı Qara” tamaşasına baxış keçirildi

Sumqayıt Dövlət Dram teatrında “Hacı Qara” tamaşasına baxış keçirildi



Sumqayıt Dövlət Dram teatrında Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-mərdi xəsis” komediyası əsasında hazırlanmış yeni "Hacı Qara” tamaşasına daxili baxış keçirildi.
Quruluşçu rejissor və musiqi tərtibatçısı teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur. Tamaşa orjinal traktovkası, musiqi tərtibatı və bədii dekorasiyası ilə seçilir. Əsas rolları Akif Mirzəyev, əməkdar artist İlham Səfərli, Cəlal Məmmədov, İlahə Vilayət qızı, İlahə Səfərova, Rövşən Əsgərov, Mətləb Səfərli canlandırırlar. Daxili baxışdan sonra keçirilən müzakirədə teatrın direktoru İslam Həsənov, kollektiv üzvləri, Məzahir Süleymanov, Şahmar Qəribli, əməkdar artistlər Namis Şirməmmədov, Ulduzə Nəsir, İzaməddin Bağırov, qonaqlar Hafiz İmamnəzərli, Vaqif Ağayev, Rövşən Almuradlı çıxış etdilər.
Yaxın günlərdə tamaşanın premyerası keçiriləcək.
azpress.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR