Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Sumqayıtlılara şad xəbər: yarmarka yenidən fəaliyyətə başladı - FOTO

Sumqayıtlılara şad xəbər: yarmarka yenidən fəaliyyətə başladı - FOTO



Bir müddət əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda 8-ci mikrorayonda fəaliyyət götərən və camaat arasında "ucuz bazar" kimi tanınan kənd təsərrüfatı məhsulları yarmarkasını bağlayıb. Buna səbəb icra başçısının yarmarkanın mövcud durumundan, təmizlik və təmir səviyyəsindən narazı qalması olub.
Artıq bu gündən Sumqayıtda kənd təsərrüfatı yarmarkası fəaliyyətini yenidən bərpa edib. Amma bu dəfə 8-ci mikrorayon ərazisində deyil, 12-ci mikrorayonda. Ərazi səliqəyə salınıb, asfalt döşənib və dəmir lövhələrdən çardaq qurulub. Əvvəlki yarmarka ilə müqayisədə bazarın təşkil olunduğu ərazi daha səliqəli görünürdü. Ərazidə həmçinin, yarmarkaya gələn müştərilərin avtomobillərinin saxlanması üçün dayanacaq da fəaliyyət göstərir. Alıcılar və satıcılar şəhər rəhbərliyinin yaratdığı bu şəraitdən razılıqlarını bildiriblər.
Qeyd edək ki, sərnişindaşıma ilə məşğul olan avtobuslarının əksəriyyətinin istiqaməti dəyişdirilib və həmin ərazidən də keçməsi təmin olunub. Bir sözlə, uzun bir müddət əvvəl bağlanan yarmarka yenidən yüksək səviyyədə şəhər sakinlərinin ixtiyarına verildi.
Əldə etdiyimiz məlumata əsasən, bundan sonra yarmarkaya satış üçün mal gətirən fermerlər yaşadıqları ərazidən - icra hakimiyyətinin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən, yaxud rayon icra hakimiyyətinin müvafiq şöbəsindən icazə ərizəsi almalıdırlar.
Xeberle.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR