Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda külli miqdarda pirotexniki mallar satışdan çıxarılıb (FOTO)

Sumqayıtda külli miqdarda pirotexniki mallar satışdan çıxarılıb (FOTO)


Bayram günləri öncəsi mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlər artır və bu kimi halların qarşısı qətiyyətlə alınır.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin verdiyi məlumata əsasən, Komitənin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində yerləşən bir sıra ticarət obyektlərindən külli miqdarda, ümumi sayı 400 000 ədəd müxtəlif markalı yaylım fişəngləri, pirotexniki və tezalışan mallar aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR