Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda Həmrəylik Günü və Yeni ilin gəlişi belə qeyd edildi (FOTO)

Sumqayıtda Həmrəylik Günü və Yeni ilin gəlişi belə qeyd edildi (FOTO)


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi Sumqayıt şəhərində təmtəraqla qeyd edilib.

Bayramlar münasibətilə şəhər icra hakimiyyətinin və gənclər idman və baş idarəsinin birgə təşkilatçılığı ilə Bayraq Meydanında açıq havada diskoteka təşkil olunub.

Bayram şənliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixindən və onun əhəmiyyətindən, bununla bağlı ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışılıb.

Bildirilib ki, belə tədbirlərin məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq və şəhərdə yüksək bayram əhval-ruhiyyəsi yaratmaqdır.

Şənlikdə biri-birindən maraqlı musiqilər səsləndirilib. Gənc sumqayıtlılar da öz sevinclərini rəqs edib əylənməklə bildiriblər. DJ-lərin çıxışları şəhərdə əsl bayram bayram ab-havası yaradıb.

Yeni il münasibətilə şəhərin 6 yerində bəzədilmiş şam ağacları quraşdırılıb. Ən nəhəng ağac isə Bayraq Meydanında bəzədilib.

Tədbirin sonunda atəşfəşanlıq olub.

Sumqayıtda Həmrəylik Günü və Yeni ilin gəlişi belə qeyd edildi (FOTO)

Sumqayıtda Həmrəylik Günü və Yeni ilin gəlişi belə qeyd edildi (FOTO)


Sumqayıtda Həmrəylik Günü və Yeni ilin gəlişi belə qeyd edildi (FOTO)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR