Sumqayıtda hava

İqtisadiyyat

Britaniyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkında olub

Britaniyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkında olub



Birləşmiş Krallığın "UK Trade & Investment” təşkilatının və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar.
Qonaqlara məlumat verilib ki, 295,62 hektar ərazidə təşkil edilən park Sənaye və Sosial zonalardan ibarətdir. Bildirilib ki, sənaye parkının infrastrukturunun yaradılması dövlət vəsaiti hesabına maliyyəşdirilir ki, bu da investisiya layihələrini sahibkarlar üçün daha səmərəli edir. Parkda investorlar üçün əlverişli imkanlar yaradılıb, o cümlədən rezidentlərin qeydiyyatı "bir pəncərə” sistemi əsasında təşkil olunub. Sumqayıt Kimya Sənaye Parkının və Azərbaycanda yaradılan digər sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisindən azaddır.
İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov da görüşdə iştirak edib.
Görüş zamanı həmçinin, Sumqayıt Kimya Sənaye Parkının təqdimatı keçirilmiş, parkın gələcək perspektivlərini özündə əks etdirən 3D formatlı video çarx nümayiş olunub.
Sonra qonaqlar ərazidə aparılan tikinti işləri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan "Azertexnolayn” MMC-nin polad boru və texniki avadanlıqlar istehsal edən müəssisələri ilə tanış olublar.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR