Sumqayıtda hava

Manşet / Siyasət

Sumqayıtın sabiq məmurları harada vəzifə aldılar? – SİYAHI

Sumqayıtın sabiq məmurları harada vəzifə aldılar? – SİYAHI



Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı təyin olunduğu gündən şəhərdə kadr islahatlarına başlayıb.
İcra başçısının apardığı kadr islahatları Sumqayıt şəhər İcra Hakimiyyəti strukturundan da yan keçməyib.
İlk öncə Sumqayıt şəhər İcra Hakimiyyətini tərk edənlər Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, İnformasiya təminatı və təhlil sektorunun müdiri, köməkçi Ayaz İmaməliyev oldu. Sumqayıtdan uzaqlaşanlar Səbail rayon İcra Hakimiyyəti Başçısı təyin olunan Eldar Əzizovun komandasında vəzifə aldılar.
Hazırda Coşqun Cəbrayılov Səbail rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir.
Ayaz İmaməliyev isə Səbail rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndаşlаrın mürаciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır.
Sumqayıtı tərk edənlər arasında icra başçısının birinci müavini Rövşən Sadıxov da var.
O, isə Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti başçısının 02.10.2015-ci il tarixli, 101 nömrəli əmri ilə Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini təyin edilib.
Ehtimal ki, ötən gün tutduğu vəzifədən azad edilən Sumqayıt şəhər İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, icra Başçısının müavini Elgin Həbibullayev Səbail rayon İH-nin İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin müdiri olacaq. Bunu söyləməyə müəyyən əsas da mövcuddur. Belə ki, hazırda həmin vəzifə boşdur.
cumhuriyyet.az





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR