Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zəlzələ baş verdi, insanlar dağıntılar altından xilas edildi - SUMQAYITDAKI TƏLİMDƏN FOTOLAR

Zəlzələ baş verdi, insanlar dağıntılar altından xilas edildi - SUMQAYITDAKI TƏLİMDƏN FOTOLAR



Noyabrın 12-də Sumqayıtda yerləşən Etilen-polietilen zavodunun yüksək təzyiqli polietilen istehsalı sahəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.
"Azərikimya” İB-nin Mətbuat Xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, məşqdə Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin tərkibindəki mühəndis-kəşfiyyat manqası, xilasetmə dəstəsi, kimya-radiasiya müşahidə postu, qazdan xilasetmə dəstəsi, müşahidə və laboratoriya şəbəkəsi, sanitar postu, rabitə, yanğınsöndürmə, elektrik, qaz və su xətlərinin təmiri manqaları, fərdi mühafizə vasitələrinin paylanması məntəqəsi, həmçinin "Etalon Security” MMC-nin 15 nəfərdən ibarət mühafizə dəstəsi, FHN-nin Sumqayıt Regional Mərkəzin xüsusi xilasetmə hissəsinin xilasetmə dəstəsi, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin şəxsi heyəti, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin üzvləri, Sumqayıt şəhər təxirəsalınmaz təcili tibbi yardım stansiyasının bir briqadası iştirak ediblər.
Şərti zəlzələnin təsirindən zavodda işçilərin təxliyə edilməsi, dağıntıların altından insanların xilas edilməsi, eyni zamanda baş vermiş şərti yanğının yayılmasının qarşısının alınması və işçilərin maksimum mühafizə olunması məqsədi daşıyan məşqdə həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıb. Mühəndis kəşfiyyat qrupu tərəfindən hadisə baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra sahənin işçilərinin təxliyə edilməsi, xilasetmə manqaları tərəfindən xəsarət alanların xilas edilərək təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi əməliyyatları yerinə yetirilib.
Yanğından Mühafizə İdarəsinin şəxsi heyətinin operafiv müdaxiləsi ilə polietilenin çeşidlənməsi, qablaşdırılması və buraxılması sahəsindəki deformasiyaya uğramış bunkerlərdə və pnevmonəql boru kəmərində baş vermiş yanğının sahəsi böyüyərək alovun həmin sahənin hazır məhsul anbarına keçməsinin qarşısı alınmaqla yanğın söndürülüb.
Məşq zamanı müxtəlif orqanların əməkdaşları qarşılıqlı fəaliyyət göstərib, peşəkarlıq nümayiş etdirib, pərakəndəlik və çaşqınlığa yol verməyiblər.
Keçirilən "Obyekt mülki müdafiə məşqi”ndə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Zəlzələ baş verdi, insanlar dağıntılar altından xilas edildi - SUMQAYITDAKI TƏLİMDƏN FOTOLAR

 

Zəlzələ baş verdi, insanlar dağıntılar altından xilas edildi - SUMQAYITDAKI TƏLİMDƏN FOTOLAR

 

Zəlzələ baş verdi, insanlar dağıntılar altından xilas edildi - SUMQAYITDAKI TƏLİMDƏN FOTOLAR

 

Zəlzələ baş verdi, insanlar dağıntılar altından xilas edildi - SUMQAYITDAKI TƏLİMDƏN FOTOLAR





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR