Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zakir Həsənov və Nəcməddin Sadıkov bayramı cəbhədə qeyd etdilər

Zakir Həsənov və Nəcməddin Sadıkov bayramı cəbhədə qeyd etdilər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.

Müdafiə nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial məişət şəraiti ilə maraqlanıb, hərbi qulluqçuları bayramlar münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim ediblər.

Səfər zamanı yeni tikilmiş və müasir avadanlıqlarla tam təchiz edilmiş hərbi hissələrin açılış mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilmiş hərbi hissələrin qərargahı, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxanalar, tibb məntəqəsi, qazanxana-camaşırxana-hamamxana kompleksi və digər obyektlər ilə tanış olublar.

Müdafiə naziri şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar görülən işləri diqqətə çatdırıb. 2014-cü ilin Silahlı Qüvvələr üçün uğurlu olduğunu qeyd edən nazir düşmənin bütün təxribatlarının qarşısının müvəffəqiyyətlə alındığını, cəbhədə tam üstünlüyün ordumuzun tərəfində, düşmənin isə panika və iflic vəziyyətində olduğunu, ermənilərin əsgər və zabitlərinin xidmətdən boyun qaçırdıqlarını qeyd edib.

Ali Baş Komandan və Azərbaycan xalqının Silahlı Qüvvələr qarşısında tələbinin birmənalı olaraq işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsininin olduğunu xatırladan Müdafiə naziri 2015-ci ildə Ordunun bu vəzifənin yerinə yetirilməsi üçün daim döyüş hazırlığı vəziyyətində olmasının zəruriliyini vurğulayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə şəxsi heyəti təbrik edən Müdafiə naziri gələcək xidmətlərində onlara uğurlar diləyib.

Sonra cəbhə bölgəsində ön xətdə yerləşən bölmələrə çəkilən təbii qaz xəttinə mavi yanacağın verilməsinin rəmzi olan məşəl alovlandırılıb və şəxsi heyətin iştirakı ilə uzunömürlüyün simvolu olan çinar ağacı əkilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir yeni işə başlayan mülki işçilərlə görüşüb, onları dinləyib və müvafiq tapşırıqlarını verib.

Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hospitala baş çəkib, tibbi personalla görüşüb və müalicə olunan hərbi qulluqçulara bayram sovqatları təqdim edib.

Müdafiə naziri yüksək döyüş hazırlığının, şəxsi heyətin vətənpərvərlik ruhunun, əzmkarlığının, nizam-intizamın möhkəmləndirilməsində və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əldə etdikləri nailiyyətlərə görə hərbi qulluqçulara təşəkkür edib, onları fəxri fərmanla mükafatlandırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya isə qısamüddətli məzuniyyət elan edib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən təlim mərkəzində və hərbi hissə şəhərciyində olub, tikinti-quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Bildirilib ki, 2015-ci ildə müasir standartlara uyğun, tam təmin edilmiş 10-a yaxın hərbi şəhərciyin istifadəyə verilməsi nəzərdə tutulub.

Müdafiə nazirinin göstərişinə əsasən bayram günlərində Müdafiə nazirinin müavinləri və qoşun növləri komandanları da birlik, birləşmə və hərbi hissələrdə olub, şəxsi heyəti təbrik ediblər.

Cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti Müdafiə Nazirliyi rəhbərliyini əmin edib ki, onlar göstərilən diqqət və qayğıdan, xidmət üçün yaradılan ən müasir şəraitdən ruhlanaraq bundan sonra da Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrinə hər an hazırdırlar.

Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR