Sumqayıtda hava

Cəmiyyət

"Azərboru"da işçilərin maaşları niyə verilmir? - ŞİKAYƏT

"Azərboru"da işçilərin maaşları niyə verilmir? - ŞİKAYƏT



Sumqayıtda fəaliyyət göstərən "Azərboru" zavodunda fəhlələr 3 aydır ki, maaş bilmir. Bu barədə İstiqlal.az-a məlumatı sözügedən zavodda çalışan fəhlələr verib.
Adlarının çəkilməsini istəməyən fəhlələr bildirib ki, "Azərboru" "Baku Steel Company" şirkətinin tabeliyinə keçəndən sonra maaşlarda problem yaranıb:
"Son 3 ayda isə bizə ümumiyyətlə maaş verilməyib. Evə ərzaq almağa belə pulumuz yoxdur. Maaşların verilməməsinin səbəbi bizə bəlli deyil".
Fəhlələr onu da bildirib ki, işçilərin 90 faizi əmək haqlarının 67 faizinin ödənilməsi şərtilə məzuniyyətə buraxılıb:
"67 faiz ödəniş ediləndə fəhlələrin 1 ayına 170 manat düşür. Amma bunu da vaxtlı-vaxtında ödəmirlər. Məgər "Baku Steel Company"nin pulu yoxdur ki, bizi ac qoyurlar? Borcun içində boğuluruq, hamının banka kredit borcu var, amma maaş almadığımıza görə ödəyə bilmirik",-deyə fəhlələr vurğulayıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR