Sumqayıtda hava

İqtisadiyyat

"SOCAR-a 50 min işçi lazım olacaq"

"SOCAR-a 50 min işçi lazım olacaq"



Yaxın 5-10 il ərzində SOCAR-ın meqa layihələrini həyata keçirmək üçün 10-12 min nəfər daimi işlə təmin olunacaq, müvəqqəti işlər üçün isə 30-35 min işçi lazım olacaq.
Bunu Bakıda keçirilən "İnsan Resursları Forumu Bakı 2015" adlı forumda SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.
X.Məmmədovun sözlərinə görə, hal-hazırda SOCAR-da, ölkə üzrə 55 min insan çalışır.
"55 min işçidən 17%-i qadın, 83%-i kişidir. Onlardan 12%-i rəhbər işçi, 18%-i mütəxəssis, 69%-i fəhlələrdir. Bundan başqa, SOCAR-da 260 elmi işçi çalışır, onların 14%-i elmlər doktorudur", - deyə X.Məmmədov bildirib.
Milli.Az
 
 
Məlumatlardan istifadə edərkən "YeniSumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR