Sumqayıtda hava

Cəmiyyət

"Azərikimya" İB növbəti bilik yarışına ev sahibliyi etdi

"Azərikimya" İB növbəti bilik yarışına ev sahibliyi etdi

 

"Azərikimya" İB növbəti bilik yarışına ev sahibliyi etdi

 

"Azərikimya" İB növbəti bilik yarışına ev sahibliyi etdi

 

"Azərikimya" İB növbəti bilik yarışına ev sahibliyi etdi

 

"Azərikimya" İB növbəti bilik yarışına ev sahibliyi etdi



SOCAR-nin «Azərikimya» İB-nin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş "Breyn-rinq” bilik yarışması keçirilib.
İB-nin Mətbuat Xidmətindən "YeniSumqayit.az"a verilən məlumata görə "Azərikimya” İB-nin də təmsil olunduğu yarışlara Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, YAP Sumqayıt şəhər təşkilatının, şəhər təhsil şöbəsinin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, H.Əliyev adına Bakı Neft Emalı zavodunun, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin, "N” saylı hərbi hissənin, "Asan Xidmət”in və digər müəssisələrin komandaları da daxil olmaqla 20 komanda qatılıb.
Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən "Breyn-Rinq” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilən, üç mərhələdən ibarət olmaqla dörd saata qədər davam edən bilik yarışmasında yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və "Azərikimya” İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
«Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında mükafata layiq yerlər tutmuş komandaların üzvlərini təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.
Qalib komandalara «Azərikimya» İB Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplom və mükafatlar təqdim olunub. Həmçinin Bakı Ali Neft Məktəbinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə görə mükafatlandırılıb.
 
 
 
 
Məlumatlardan istifadə edərkən "YeniSumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR