Sumqayıtda hava

Manşet, Cəmiyyət

Nazirdən Sumqayıtla bağlı yeni təyinat - YENİ RƏİS GƏLDİ

Nazirdən Sumqayıtla bağlı yeni təyinat - YENİ RƏİS GƏLDİ



Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinə yeni rəis təyin edilib.
"Yenisumqayit.az"ın Mədəniyyət və turizm nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, Mədəniyyət və turizm naziri və Sumqayıt şəhər İH başçısının birgə razılığı əsasında Mehman Şükürov Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Mehman Şakir oğlu Şükürov Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra Sumqayıt şəhərində mədəniyyət müəssisələrində bir sıra vəzifələrdə çalışıb. 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru işləyib. Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Qeyd edək ki, şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin müdirləri nazirliklə yerli icra hakimiyyətinin ümumi razılığı əsasında təyin edilir.
Xatırladaq ki, Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinin keçmiş rəisi Namiq Qaffarov bir neçə gün öncə öz xahişi əsasında tutduğu vəzifədən azad edilib.
 
 
 
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR