Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt səhiyyəsinin ciddi “müalicə”yə ehtiyacı var...

Sumqayıt səhiyyəsinin ciddi “müalicə”yə ehtiyacı var...



Sumqayıt səhiyyəsində baş verən rüşvətxorluq, korrupsiya halları barədə istər Moderator.az, istərsə də digər mətbuat orqanları kifayət qədər materiallar dərc edib, yazılar verib.
Təəssüflər olsun ki, bu neqativ hallar hələ də aradan qaldırılmayıb öz "axarı” ilə davam etməkdədir. Hətta icra Hakimiyyətinin başçısı Zakir Fərəcov bir müddət öncə Sumqayıtın səhiyyə sistemində olan problemləri gündəmə gətirərək xoşagəlməz halların aradan qaldırılması üçün sözügedən idarənin müdiri Ələkbər Tağıyevə ciddi tapşırıqlar vermişdi.
Xatırladaq ki, rüşvət halları bu gün ən şox şəhərin doğum evlərində, cərrahiyyə əməliyyatları aparılan xəstəxanalarda baş verir. Əldə etdiyimiz informasiyaya görə bu gün 1 saylı doğum evinin baş həkimi Sevda İsgəndərova və 2 saylı doğum evinin baş həkimi İmmi Ələkbərova işdən azad ediliblər. Məlumatı dəqiqləşdirmək üçün Sumqayıt səhiyyə şöbəsinə müraciət etdik. Şöbənin baş pediatrı Xalidə Quliyeva baş həkimlərin işdən azad edilmədiyini və yayılan xəbərin "panika” olduğunu bildirdi. Son günlər ölkədə rüşvərxorluğa qarşı aparılan mübarizə və "təmizləmə” işləri inanırıq ki, ciddi "müalicə”yə ehtiyacı olan Sumqayıt səhiyyəsindən də yan keçməyəcək. Yəqin bu şaiyələr bir gün doğru olacaq.



 
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR