Sumqayıtda hava

İqtisadiyyat

"ASAN Xidmət" Sumqayıtda da lisenziya verir

"ASAN Xidmət" Sumqayıtda da lisenziya verir



"ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir.
Prezidentin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Xezerxeber.com- a verilən məlumata görə, noyabrın 18-də tütün məmulatlarının, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışı, şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin və ölkədaxili yük daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara Sumqayıt "ASAN xidmət” mərkəzində və Bakıda 5 saylı "ASAN xidmət” mərkəzində lisenziyalar təqdim edilib.
Xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddət ərzində baxılması, lisenziyaların "ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsindən razılıq edən sahibkarlar yaradılmış şəraitə, göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
 
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR