Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlılar Bakıya gəmi ilə gedəcək - VİDEO

Sumqayıtlılar Bakıya gəmi ilə gedəcək - VİDEO



Bulvardan Bakıya gəmilərin hərəkəti üçün şərait yaradılacaq.
Sumqayıtda geniş quruculuq işlərinə başlanıb. "Xezerxeber.com"un məlumatına görə artıq sənaye şəhərinin dənizkənarı bulvarının layihəsi də nümayiş olunub. Layihə gerçəkləşəndən sonra Sumqayıt bulvarı Bakıdan heç də geri qalmayacaq. Hətta bulvardan Bakıya gəmilərin hərəkəti üçün şərait yaradılacaq.
Yenilənən Sumqayıtda dənizkənarı bulvar da yeni görməkdə olacaq. Sumqayıt bulvarında geniş yenidənqurma işlərinə başlanıb. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına əsasən bulvarın yeni layihəsi hazırlanıb.
Artıq Nəsimi parkında yenidənqurma işlərinə başlanılıb. Və uzun müddətdir zibil əlindən yararsız qalan bu ərazi də yeni bulvarın ərazisinə qatılacaq. Həmçinin, dəniz kənarında da bərkitmə işləri aparılır
Burada müasir ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu, yaşayış binaları inşa olunacaq. Bununla yanaşı çimərlik zonasında da əsaslı işlər görüləcək. Layihəyə əsasən Heydər Əliyev mərkəzinin tikintisinə başlanılıb. Həmçinin bulvarda şahmat məktəbi və kinoteatr da inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və Bakı şəhərinə gəmilərin hərəkəti təmin olunacaq.

 
 

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR