Sumqayıtda hava

Maraqlı

Evinizdə Wi-fi DALĞALARINI GÜCLƏNDİRMƏK üçün bunları edin

Evinizdə Wi-fi DALĞALARINI GÜCLƏNDİRMƏK üçün bunları edin



Wi-fi dalğaları təməldə sadəcə radiodalğalardan təşkil olunub.
Yəni cib telefonunuz və ya radio ilə yayılan elektromaqnit dalğalarla eynidir, sadəcə bir az qısadır. Ənənəvi növdə olanların antenaları  sadəcə 12 sm uzunluqdadır.
Modemdən uzaqlaşdıqca siqnal azalır. Adətən 45 metrdə uzağa getmir. Divarlar və metal üzlüklər dalğanı əmdiyindən, onun üçün maneədir. Yəni evdə modelin qoyulduğu yer siqnalın güclü gəlməsinə böyük təsir göstərir.
Yaxşı olar ki, modem mərkəzi bir yerdə  olsun. Onda hər tərəfə bərabər şəkildə dalğa paylayar.
Yaxşı olar ki, açıq sahədə olsun. Əgər, məsələn, şkafa qoysanız, onun divarları siqnalların öitürülməsini zəiflədər.
Evinizdə ən uzaq məsafədə ən çox otağın görüldüyü yerə  qoya bilərsiniz.
Bir də modem yerdən yuxarı qoyulmalıdır. Çünki  siqnallar yerdə istifadə olunan bəzi materialların içindən keçə bilmir.
Bundan başqa, bir sıra modem dalğaları  aşağı doğu yaymağı üçün dizayn edilib. Yəni modeli yerə qoysanız, səbəbsiz yerə alt qata siqnal ötürmüş olursunuz.
Bir sıra elektrik məhsullar -  televiziya, kompyuter, mikrodalğalı soba və içərisində motor olan  digər modemin siqnallarını qarışdırır. Yaxşı olar ki, modem belə əşyalrdan uzaq yerə qoşulsun.
Bir sıra modemin iki antenası olur. Yaxşı olar ki, bu antenalardan birini şaquli, digəri üfüqi yerləşdirilmin.
Cihazlar  daxili antenaları modemlə paralel olduğları vaxt daha yaxşı işləyir. Bu səbəbdən  laptopların içindəki antenalar üfüqidir.
Ancaq tablet, yaxud mobil cihaz istifadə edirsinizsə, istəyə görə dəyişir. Yəni həm üfüqi, həm şaquli  vəziyyətdə tutaraq antenalarda ən yaxşı dalğa tutma vəziyyəti ala bilərsiniz.
Əgər şəbəkənizin yaxşı işləmədiyini hiss etsəniz, siqnal səviyyəsini ölçə bilərsiniz.
Telefonunuz üçün yükləyə biləcəyiniz çoxlu tətbiqlər var. Bir xəritə çıxararaq nəyi düzəltməniz gərəkdiyini anlaya bilərsiniz.
Xezerxeber.com
 

 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR