Sumqayıtda hava

Manşet, Cəmiyyət

Həqiqi hərbi xidmətə çağırış başlayıb

Həqiqi hərbi xidmətə çağırış başlayıb


Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, 2015-ci il yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

Sərəncama əsasən, 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Qeyd edək ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar dekabrın 30-dan xidmət edəcəkləri hərbi hissə və ya qoşun növü barədə məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytı üzərindən və SMS vasitəsi ilə öyrənə bilərlər.

Vətəndaşların www.seferberlik.gov.az ünvanında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları yazmaqla xidmət edəcəkləri hərbi hissə və ya qoşun növünü dəqiqləşdirmələri mümkündür.

Eləcə də çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı hərbi hissəyə və ya qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR