Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın Heydər Əliyev Mərkəzi belə olacaq - FOTOLAR

Sumqayıtın Heydər Əliyev Mərkəzi belə olacaq - FOTOLAR

 

Sumqayıtın Heydər Əliyev Mərkəzi belə olacaq - FOTOLAR



Sumqayıtda Heydər Əliyevin adını daşıyan parkda nəhəng Heydər Əliyev Mərkəzi inşa olunur.
Xeberle.com-un məlumatına görə, layihə əsasında tikilməkdə olan Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alacaq. Burada dünyanın nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyinin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhrandan inkişaf yoluna çıxarılması, güclü ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer veriləcək.
Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də o olacaq ki, burada interaktiv məlumat tablolarına geniş yer veriləcək. Mərkəzdə H.Əliyevin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılacaq. Bina 4 mərtəbədən ibarət olacaq. Mərkəzdə gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana da olacaq. Möhtəşəm görünüşü ilə hər kəsi heyran edəcək mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da yaradılacaq.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR