Sumqayıtda hava

Cəmiyyət

FHN “Xəzər-2015” komanda-qərargah təlimini keçirdi

FHN “Xəzər-2015” komanda-qərargah təlimini keçirdi


 

FHN “Xəzər-2015” komanda-qərargah təlimini keçirdi

 

Noyabrın 24-də Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və "BP” şirkətinin şəxsi heyətinin iştirakı və xüsusi texnika və avadanlıqları cəlb edilməklə quruda və dənizdə "Xəzər-2015” komanda-qərargah təlimi keçirilib.
"Yenisumqayit.az"ın Nazirliyin saytına istinadla verdiyi xəbərə əsasən, təlim Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçirilib.
Təlimə 752 nəfər şəxsi heyət cəlb edilib. Bundan başqa, təlimə cəmi 101 ədəd xüsusi təyinatlı hava, dəniz və avtomobil texnikası, o cümlədən ümumilikdə 73 ədəd avtomobil texnikası, FHN-nin 4 ədəd helikopter və 1 ədəd "BE 200 ÇS” amfibiya təyyarəsi, 11 ədəd xüsusi təyinatlı gəmi, 12 ədəd sürətli kater cəlb olunub.
Təlimin birinci mərhələsində fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza-xilasetmə işləri həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilib.
Sonda təlimdə iştirak edən qüvvə və texnikaların paradı olub.
Təlimdə iştirak edən qurumların, Rusiya və İranın müvafiq dövlət qurumlarının, eləcə də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yüksək səviyyəli nümayəndə heyətləri təlimi canlı izləyib.

 

FHN “Xəzər-2015” komanda-qərargah təlimini keçirdi

 

FHN “Xəzər-2015” komanda-qərargah təlimini keçirdi

 

FHN “Xəzər-2015” komanda-qərargah təlimini keçirdi

 

FHN “Xəzər-2015” komanda-qərargah təlimini keçirdi

 

FHN “Xəzər-2015” komanda-qərargah təlimini keçirdi

 

Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR