Sumqayıtda hava

Manşet, Cəmiyyət

Zakir Fərəcov H.Z.Tağıyev qəsəbəsində olub - FOTOLAR

Zakir Fərəcov H.Z.Tağıyev qəsəbəsində olub - FOTOLAR

 

Zakir Fərəcov H.Z.Tağıyev qəsəbəsində olub - FOTOLAR

 

Zakir Fərəcov H.Z.Tağıyev qəsəbəsində olub - FOTOLAR

 

Zakir Fərəcov H.Z.Tağıyev qəsəbəsində olub - FOTOLAR


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün Hacı Zeynalabdin qəsəbəsində qəsəbə sakinləri ilə görüşüb.
Xeberle.com-un məlumatına görə qəsəbədə yerləşən 6 saylı tam orta məktəbdə keçirilən görüş zamanı Zakir Fərəcov Sumqayıt şəhərində irimiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, təhsil, səhiyyə və digər sahələrdə mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində ciddi işlərin görüldüyünü qeyd etməklə, şəhərdə həyata keçirilməsi nəzərdə tutulan inkişaf perspektivləri barədə geniş məlumat verib. İcra başçısı qəsəbədə mövcud problemlərə də toxunub. Belə ki, qəsəbədəki Mədəniyyət evi ötən əsrin ortalarında istismara verildiyindən, 4 saylı uşaq poliklinikasının qəzalı vəziyyətə düşdüyündən, onların əsaslı təmirə və qəsəbədə İdman Kompleksinin inşasına böyük ehtiyacın olduğunu vurğulayıb.
Zakir Fərəcov sakinlərin problemlərini diqqətlə dinləyib, vətəndaşların müraciətlərinə operativ münasibət bildirib. Sakinlərlə görüş zamanı şəhid ailəsinin fərdi evinin tikintisində sənədləşməylə bağlı problem, H.Zeynalabdin qəsəbəsində "Şirvan dəmiryol” yaşayış massivində əvvəllər Azərbaycan Dövlət Dəmiryolları QSC-yə məxsus və hal-hazırda İcra Hakimiyyətinin balansına verilmiş xidməti mənzillərin sənədləşdirilməsi məsələsi və ərazidə yeni elektrik transformatoru quraşdırılmaqla, yaşayış massivindəki elektrik enerjisinin verilişində mövcud problemlərinin həll olunmasına dair tapşırıqlar verib. Qəsəbə sakinləri şəhərin rəhbəri ilə dialoqda fəal iştirak ediblər, Hacı Zeynalabdin qəsəbəsinin "Şirvan dəmir yol” yaşayış massivində uşaq bağçasının istilik sisteminin və dam örtüyünün yenidən qurulması ilə bağlı İcra Hakimiyyətinin başçısına öz təşəkkürlərini bildiriblər.
 

 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR