Sumqayıtda hava

Cəmiyyət

"Sumqayıt"a 1000 manat CƏRİMƏ




AFFA İntizam Komitəsi Bakının "İnter" klubuna xəbərdarlıq edib.
"Report"un məlumatına görə, buna səbəb "bankirlər"in heyətində çıxış edən Nizami Hacıyevin AZAL-la Azərbaycan Premyer Liqası matçının protokolunda qeyd olunduğu kimi 8 deyil, 80 nömrəli forma ilə meydançaya çıxmasıdır.
Hacıyev 12-ci dəqiqədə hakimin göstərişi ilə formasını dəyişib. Bununla əlaqədər İntizam Komitəsi "İnter"dən hadisəyə cavabdeh şəxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edib.
Bundan başqa 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün paytaxt klubu 1000 manat cərimələnib. Eyni məbləğdə cəriməni "Sumqayıt" "Qəbələ" ilə matçda, "Zirə" isə "Rəvan"la görüşdə 4 futbolçunun sarı vərəqə ilə cəzalanması səbəbindən ödəyəcək.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR