Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıtda 45 yeni zavod tikiləcək

Sumqayıtda 45 yeni zavod tikiləcək



Sumqayıtda yeni zavodlar tikiləcək.
"Gələcəkdə "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin tərkibində 40-45 müəssisənin fəaliyyətə başlaması, həmçinin 2020-ci ilədək Azərbaycanda kimya sənayesinin modelləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulur”.
"Valyuta.az"ın məlumatına görə, bunu AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev deyib.
O, "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin inkişafında kimyaçıların rolunu artırmaqdan, eləcə də müəssisənin perspektiv fəaliyyətindən bəhs edib.
Dilqəm Tağıyev Sumqayıt Kimya Sənaye Parkının Azərbaycanda neft-kimya, qeyri-neft sektorunun inkişafında, kimya sənayesinin yaradılması və modelləşdirilməsində aparıcı rol oynadığını nəzərə çatdırıb.
Akademik dünyada iqtisadiyyatın inkişafında mühüm rol oynayan sənaye və texnoloji parklardan danışaraq AMEA-nın nəzdində Təcrübə Sənaye Zavodunun gələcəkdə məhz texnoparka çevrilməsi üçün akademik Akif Əlizadə ilə birgə təkliflər verdiklərini söyləyib:
"Son 1-2 ildir ki, orada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, artıq zavodun 16 adda məhsulu var və yeni axtarışlar istiqamətində işlər davam edir. Qarşıda duran əsas hədəflərdən biri də Təcrübə Sənaye Zavodunun sənaye parkı kimi, elmi yönümlü park kimi, daha sonra texnoloji park kimi formalaşdırılması və bu işdə kimyaçılar tərəfindən maksimum yardım göstərilməsidir”.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR