Sumqayıtda hava

Cəmiyyət

"Azərbaycan gənclərinin İnkişaf Strategiyasının region gəncləri arasında təbliği” layihəsi yekunlaşıb



"Söz Azadlığını Müdafiə Fondu” (SAMF) tərəfindən "Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi ilə 01.09.2015-ci il tarixindən etibarən icrasına başlanılmış "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının region gəncləri arasında təbliği” layihəsinə yekun vurulub. Layihə çərçivəsində Şamaxı, Şirvan, Cəlilabad, Quba və Tərtər rayonlarında təlimlər keçirilib. Qeyd edək ki, layihənin əsas məqsədi "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın əsas vəzifələrini gənclərə aşılamaq, Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, region gənclərinin müxtəlif sahələrdə bilik və bacarıqlarını artırmaq, gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmaq, dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin fəal iştirakını təmin etmək, xüsusi qayğıya ehtiyacı olan gənclərin ehtiyaclarını ödəməkdən ibarət olub. Layihədən regionlarda yaşayan dövlət və yerli özünüidarəetmə orqanlarında çalışan gənclər, dövlət qulluqçuları, gənc sahibkarlar, işsiz gənclər faydalanıblar.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR