Sumqayıtda hava

Cəmiyyət

Şagirdlər Milli qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər - FOTOLAR

Şagirdlər Milli qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər - FOTOLAR

 

Şagirdlər Milli qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər - FOTOLAR



Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilmiş "Milli Qəhrəmanlarımızı Tanıyaq" layihəsi çərçivəsində 25 noyabr tarixində I, II Fəxri Xiyabana və Şəhidlər Xiyabanına ziyarət təşkil edilib.
51 saylı orta məktəbin şagirdlərinə Milli Qəhrəmanlar haqqında məzarları qarşısında ətraflı məlumat verilib. Həmçinin Qazi Ayaz Məmmədov II Fəxri Xiyabanda Mübariz İbrahimov, Fərid Əhmədov və silah yoldaşı Fikrət Məmmədov haqqında şagirdlərə məlumat verib.
Daha sonra şagirdlər Ulu Öndər Heydər Əliyevin, Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin və digər görkəmli şəxslərin məzarı qarşısında onları anıblar.
Sonda isə şagirdlər 1918-ci ildə Qafqaz İslam Ordusunda şəhid olmuş əsgərləri yad ediblər. Qeyd edək ki, şagirdlər 20 noyabrda Milli Qəhrəman Mübariz İbrahimovun ata evini ziyarət ediblər.
Hazırladı: Xalid Kəlbiyev
 

Şagirdlər Milli qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər - FOTOLAR

 

Şagirdlər Milli qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər - FOTOLAR

 

Şagirdlər Milli qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər - FOTOLAR


 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR