Sumqayıtda hava

Cəmiyyət

“Street Art Festivalı” keçirildi - FOTOLAR

“Street Art Festivalı” keçirildi - FOTOLAR

 

“Street Art Festivalı” keçirildi - FOTOLAR

 

“Street Art Festivalı” keçirildi - FOTOLAR

 

“Street Art Festivalı” keçirildi - FOTOLAR



Noyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində "Street Art Festivalı” layihəsinin açılış mərasimi keçirilib.
İstedadlı tələbə-gənclərin tanıdılması, turizm istiqamətli layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, ”Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İB-nin, Azərbaycan Turizm və Menecment Universiteti TGT-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Layihədə müraciətləri əsasında qeydiyyata alınmış istedadlı gənclər verdikləri siyahılara əsasən lazımi boya, fırça ilə təmin olunub və rəsmin çəkilməsi üçün əvvəlcədən hazırlanan tablolarda öz bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaradılıb.
Tədbiri açıq elan edən layihə rəhbəri Kamran Daşdəmirov layihənin yaranma ideyasından danışaraq dəstək göstərən bütün qurumlara öz minnətdarlığını bildirib və iştirak edən rəssamlara uğurlar arzulayıb.
Festivalda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ağamir Ağamirov, Azərbaycan Turizm və Menecment Universiteti TGT-nin sədri İlqar Quliyev iştirak ediblər.
Ağamir Ağamirov son zamanlar rayonda turizim istiqamətli layihələrin tez-tez keçirilməsini qeyd edib və bu kimi layihələrin keçirilməsinin təşəbbüskarının gənclər olmasını təqdirə layiq hesab edərək, gələcəkdə də gənclərə təşəbbüslərində böyük dəstək veriləcəyini söyləyib.
"Street Art Festivalı” layihəsinin əsas mərhələsi 15-17 noyabr 2015-ci il tarixlərini əhatə edib.
Hazırladı: Çingiz Səfərov
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR