Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda Əliağa Vahidin 120 illik yubileyi qeyd edildi

Sumqayıtda Əliağa Vahidin 120 illik yubileyi qeyd edildi

 

Sumqayıtda Əliağa Vahidin 120 illik yubileyi qeyd edildi

 

Sumqayıtda Əliağa Vahidin 120 illik yubileyi qeyd edildi



Bu gün Sumqayıt Şəhər Mədəniyyət Evində şair qəzəlxan Əliağa Vahidin 120 illiyi münasibətilə tədbir keçirildi.
Mədəniyyət və Turizm İdarəsinin Mətbuat Xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, tədbirdə mədəniyyət evinin "Zəlimxarə” ansamblının ifasında "Humayun”, solistlər Günay Sadıqovanın, Gülcənnət Həmzəyevanın, Əfraz Məmmədovun, Zaur Yusiflinin, Tünzalə Məmmədovanın, Mehman Əhmədovun ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, meyxanaçı Ədalət Dağlının ifasında Əliağa Vahidi vəsf edən meyxana, bədii qiraət dərnəyinin üzvü Samir Soliyevin ifasında "Küsmə məndən” şeri tamaşaçılar tərəfindən maraqla qarşılandı.
O cümlədən, Əliağa Vahidin yazıçı Hüseyn Abbaszadə, professor Həmid Məmmədzadə ilə görüşünü əks etdirən səhnələr tədbirə əlavə rəng qatdı.
Tədbirin sonunda Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edərək tədbirdə zəhməti keçən hər kəsə öz təşəkkürü bildirdi. O, qeyd etdi ki, belə tədbirlərin keçirilməsində məqsəd şəhərimizdə olan istedadlı insanların axtarılıb üzə çıxarılması məqsədini daşıyır. Biz öz işimizi istedadlı, bacarıqlı insanlarla, bədii rəhbərlərlə qurmalıyıq.
Sonda tamaşaçılar S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi tərəfindən təşkil edilmiş şair, qəzəlxan Əliağa Vahidin əsərlərini özündə əks etdirən kitab sərgisi ilə tanış oldular.

 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR