Sumqayıtda hava

Cəmiyyət

Nazir Sumqayıtlı şagirdləri mükafatlandırdı - FOTOLAR

Nazir Sumqayıtlı şagirdləri mükafatlandırdı - FOTOLAR

 

Nazir Sumqayıtlı şagirdləri mükafatlandırdı - FOTOLAR

 

Nazir Sumqayıtlı şagirdləri mükafatlandırdı - FOTOLAR



Gənc istedadların üzə çıxarılması, yaradıcılıqlarının inkişafına kömək və onlara dövlət qayğısının göstərilməsi, uşaq, yeniyetmə və gənclər arasında rəsm və dekorativ sənətin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi uşaq incəsənət və rəssamlıq məktəbləri, mərkəzləri, rəsm studiyaları şagirdlərinin əl işlərindən ibarət "İslam sivilizaiyası uşaqların gözü ilə” mövzusunda müsabiqə keçirilib.
25-27 noyabr 2015-ci il tarixində Bakı şəhəri Muzey mərkəzində İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) İcrayyə Şurasının 36-cı iclasının iştirakçıları sərgi ilə yaxından tanış olublar. Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev münsiflər heyəti tərəfindən müəyyənləşdirilmiş qaliblər və fərqlənən fırça ustalarını mükafatlandırıb.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat Xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə müsabiqədə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin 50 ədəd əl işləri nümayiş etdirilib. Müsabiqə sərgidə respublika üzrə 22 rəsm işi qalib olub. Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbinin 4 şagirdi öz əl işləri ilə yer tutub. Belə ki, Məmmədli Sübhanə Faiq qızı II dərəcəli diplom, Ramazanova Mələk Tələt qızı və Qafarov Vüsal Ramin oğlu III dərəcəli diplomlar, Həsənov Murad Namiq oğlu isə həvəsləndirici fəxri fərmana layiq görülüblər.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR