Sumqayıtda hava

Hadisə

Sumqayıtda əxlaqsızlıq yuvasının sahibini şantaj edənlərə hökm oxundu

Sumqayıtda əxlaqsızlıq yuvasının sahibini şantaj edənlərə hökm oxundu



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla məşğul olmaqda təqsirləndirilən Şahin Orucov və Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən onların hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs olunublar. Şahin Orucov "Kriminal və Bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Səmədov isə "Korrupsiya və Qanun” qəzetinin redaktor müavinidir.
İttihama görə, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video görüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək, çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunur.
Təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilməyib.
 
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR