Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi rəssamların problemlərini dinləyib

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi rəssamların problemlərini dinləyib

 

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi rəssamların problemlərini dinləyib


Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt rəssamları ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun görüşü keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin Mətbuat Xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, səmimi və mehribanlıq şəraitində keçən görüşdə Mehman Şükürov rəssamların problem və qayğıları ilə maraqlanıb, arzu və təkliflərini dinləyib. O bildirib ki, Sumqayıt rəssamları hər cür qayğı ilə təmin olunmalı, sərbəst şəkildə çalışmaları üçün hər cür imkan və şərait yaradılmalıdır. Mehman Şükürov bu yöndə əlindən gələn köməyi əsirgəməyəcəyini də diqqətə çatdırıb.
Görüşdə iştirak edən rəssamlar: Vaqif Nəzirov, Nəsibə Şükürova, İntiqam Cəfərov, Namiq Cavad, Fazil Abasquluzadə, Emin Nəbiyev, rəssamların hazırkı durumu, qarşılaşdıqları çətinliklər haqqında Mehman Şükürova məlumat verərək bildiriblər ki, rəssamların fəaliyyəti üçün şəhərdə geniş imkanlar yaradılmalı, yaradıcılıq emalatxanaları açılmalıdır.
Görüşdə söz alan rəssamlar əsərlərinin ölkə daxilində satışının təşkil olunmasında, xarici ölkələrə çıxarılmasında, təbliği və satışında çətinlik çəkdiklərini vurğulayaraq, şəhərin görkəmli yerlərindən birində rəsm əsərlərinin daimi satış sərgisinin təşkil olunmasını təklif ediblər. Sumqayıt Dövlət Rəsm Qalereyasının fəaliyyəti və rəssamlara verdiyi dəstəkdən razılıq edən rəssamlar Mehman Şükürovun bu sahəyə verəcəyi dəstəyə ümid etdiklərini bildiriblər.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR