Sumqayıtda hava

Siyasət

Hacı Şahin nardaranlılara müraciət etdi: "Silah qaldırılması yolverilməzdir."

Hacı Şahin nardaranlılara müraciət etdi: "Silah qaldırılması yolverilməzdir."



"Hansısa məsələnin zorakı üsullarla həllinə cəhd göstərmək qətiyyən yolverilməzdir.”
Mən Nardaran əhalisinə də müraciət edərək demək istəyirəm ki, ayıq-sayıq olsunlar, hər hansı xarici dövlətin, xarici qüvvələrin təhriki ilə Azərbaycanda dini dövlətə qarşı qoymaq cəhdlərinə qətiyyətlə yox desinlər.
"Bizimyol.info"nun məlumatına görə bunu dünən Nardaranda baş verən olaya münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli deyib.
Hacı Şahin deyib ki, din-dövlət münasibətlərinin möhkəm təməllər üzərində qurulması vacibdir, Azərbaycan isə nadir ölkələrdəndir ki, burada tarixən din, məzhəb zəminində qarşıdurma olmayıb, ölkədə ictimai-siyasi sabitlik var: 
"Belə şəraitdə Azərbaycanda bu sabitliyi pozacaq hər hansı əməldən çəkinmək lazımdır. Kiminsə kimdənsə narazılığı varsa da, məsələlər mütləq qanun çərçivəsində həllini tapmalıdır. Hüquqi dövlətdə yaşayırıqsa, hansısa məsələnin zorakı üsullarla həllinə cəhd göstərmək qətiyyən yolverilməzdir”.
Ş.Həsənli bildirib ki, hələ ki, Nardaranda tam olaraq nə baş verdiyini anlamaq olmur: 
"Əsas məsələ odur ki, Nardaranda baş verən hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açılıb, günahsız insanlar ölüb. Bunun kim tərəfindən və hansı məqsədlə edilməsindən asılı olmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silah qaldırılması yolverilməzdir və bununla bağlı birmənalı mövqe ortaya qoyulmalıdır”.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR