Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda yeni kitabxana açıldı - FOTOLAR

Sumqayıtda yeni kitabxana açıldı - FOTOLAR

 


Noyabrın 27-də Koreyanın "Samsung Engineering Co. Ltd.” şirkətinin dəstəyi ilə Sumqayıt şəhərindəki 28 saylı orta məktəbdə yeni kitabxananın açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin, "Samsung Engineering Co. Ltd.” şirkətinin, Sumqayıt şəhər İH-nin, şəhər Təhsil şöbəsinin, həmçinin "Azərikimya” İB-nin, Karbamid zavodunun, şəhər ictimaiyyətinin və KİV nümayəndələrinin də iştirak etdiyi tədbirdən öncə məktəbin həyətində iməcilik keçirilmiş və xüsusi ayrılmış sahədə müxtəlif növ tinglər və bəzək bitkiləri əkilib.
Açılış mərasimindəki çıxışlar zamanı qeyd edilib ki, "Ümid kitabxanası” kampaniyasına "Samsung Engineering Co. Ltd.” şirkəti tərəfindən 2012-ci ildə start verilib. Regionlarda təhsil mühitini daha da inkişaf etdirmək məqsədi daşıyan bu layihə artıq dünyanın 4 ölkəsində tətbiq olunmağa başlanıb. Bu il isə "Samsung Engineering Co. Ltd.” şirkəti SOCAR-la birlikdə bu layihəni Azərbaycanda həyata keçirməyə başlayıb. Bu layihənin icrası Sumqayıt şəhərinin 3 məktəbində öz əksini tapıb ki, onlardan biri də 28 saylı tam orta məktəbdir. Digər məktəblər isə şəhərin 4 və 33 saylı tam orta məktəbləridir. Bu kitabxanalar əsaslı təmir edilməklə, yeni mebel və avadanlıqlarla təchiz edilməklə və ümumilikdə 2400 kitabla təmin edilməklə şagirdlərin istifadəsinə veriləcəkdir. Bununla yanaşı, "Samsung Engineering Co. Ltd.” şirkətinin nümayəndələri tərəfindən kitabxana rəhbərlərinə müəyyən təlimlər keçiriləcəkdir.
Açılış nitqindən sonra məktəbin şagirdlərinin ifasında elmə, biliyə və kitablara həsr olunmuş Azərbaycan və ingilis dillərində səhnəciklər, vətənpərvərlik ruhunda şeirlər və musiqi nömrələri təqdim olunub. Şagirdlərin bir-birindən maraqlı çıxışlarından sonra qırmızı lent kəsilib, iştirakçılar yeni kitabxana ilə tanış olub və öz mülahizələrini bildiriblər.
Tədbirin gedişatında 5-ci və 6-cı sinif şagirdləri ekoloji maarifləndirmə məqsədi daşıyan "Eko-nəsil Məktəbi” ("Eco-generation School”) proqramı ilə təmin edilib ki, bu da günəş enerjisiylə işləyən kiçik evciklərin hissələrini birləşdirmək qabiliyyətini nümayiş etdirməkdən ibarət olub.
Qeyd edək ki, dünyada uşaqlar və şagirdlər arasında güclü şəbəkə qurmaq və gənclər üçün təhsil proqramlarını maliyyələşdirməklə ekoloji məlumatlandırmanı təmin etmək məqsədi daşıyan "Eko-nəsil Məktəbi”nin Koreyada fəaliyyətə başladığı 1996-cı ildən bəri layihə artıq Çin, Hindistan və Taylandda icra olunmuş və öz şəbəkəsini genişləndirməkdədir.
Tədbirdə şagirdlərə enerji və ətraf mühitin qorunmasına dair mühazirə oxunub və şagirdlər arasında bilik yarışması keçirilib.
"Samsung Engineering Co. Ltd.” şirkətinin nümayəndələri SOCAR-ın təşəbbüslərinə qoşularaq növbəti illərdə də bu qəbildən olan layihə və proqramlarımızı davam etdirəcəklərini bildiriblər.
Sonda 28 saylı orta məktəbin rəhbərliyi göstərilən diqqət və qayğıya görə məktəbin pedaqoji kollektivi və şagirdləri adından SOCAR və "Samsung Engineering Co. Ltd.” şirkətlərinin nümayəndələrinə minnətdarlığını bildirib.
Rafiq Oday
Vüqar Abdullah (foto)
 

Sumqayıtda yeni kitabxana açıldı - FOTOLAR

 

Sumqayıtda yeni kitabxana açıldı - FOTOLAR

 

Sumqayıtda yeni kitabxana açıldı - FOTOLAR

 

Sumqayıtda yeni kitabxana açıldı - FOTOLAR

 

Sumqayıtda yeni kitabxana açıldı - FOTOLAR

 

Sumqayıtda yeni kitabxana açıldı - FOTOLAR

 

Sumqayıtda yeni kitabxana açıldı - FOTOLAR

 

 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR