Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda növbəti əmək yarmarkası keçirilib

Sumqayıtda növbəti əmək yarmarkası keçirilib

 

Sumqayıtda növbəti əmək yarmarkası keçirilib

 

Sumqayıtda növbəti əmək yarmarkası keçirilib



Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün növbəti əmək yarmarkası bu gün Sumqayıt şəhərində təşkil olunub.
"Yenisumqayit.az"ın Nazirliyin saytına istinadla verdiyi xəbərə əsasən, yarmarkada işsiz və işaxtaran vətəndaşlara 9-u dövlət, digərləri özəl sektora aid 35 müəssisə üzrə 420 vakant iş yeri təqdim edilib. Onların sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəyyən olunmuş iş yerləri də olub. Boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib.
Yarmarkada işsiz və işaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, ayrı-ayrı şəxslər idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Tədbirdə peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslər əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün qeydiyyata alınıblar.


 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR