Sumqayıtda hava

Hadisə

SDU-nun əlaçı tələbəsinin törətdiyi dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO

SDU-nun əlaçı tələbəsinin törətdiyi dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO



Hadisə Sumqayıtda baş verib.
"Xezerxeber.com"un məlumatına görə  Şəhərin 9-cu mikrorayonunda 21 yaşlı Oğuz sakini Şərqiyə Ramazanova birlikdə kirayədə qaldığı evin sahibi 75 yaşlı Səmayə Nəcəfova ilə mübahisə edib. Yaşlı qadın tələbə qıza iradını bildirib və anasına zəng edəcəyi ilə hədələyib. Bu zaman qız bıçaqla ev sahibinə xəsarət yetirib. Aldığı xəsarətdən qadın hadisə yerində ölüb
Qonşular tələbə qızı sakit təbiətilə xatırlayır. Mərhum Səmayə Nəcəfova isə yataq xəstəsi olub.
Hadisəni törədən Şərqiyyə Ramazanova polisə saxlanılıb, onun şok vəziyyətində olduğu bildirilir.
Sumqayıt Dövlət Universitetinin mexanika fakültəsində təhsil alan Şərqiyyə Ramazanovanın fərqlənən tələbə olduğu və buna görə təqaüd aldığı bildirilib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR