Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt cüdoçusu Avropa ikincisi oldu - FOTO

Sumqayıt cüdoçusu Avropa ikincisi oldu - FOTO



Cüdoçularımız möhtəşəm qələbə qazandılar.
Portuqaliyanın Odivellas şəhərində keçirilən 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatında paralimpiyaçı cüdoçularımız möhtəşəm qələbə qazanıblar.
Yarış Sumqayıt idmançısı Rövşən Səfərov üçün də uğurlu nəticə ilə yadda qalıb. Belə ki, 81 kq çəki dərəcəsində yarışlara qatılan idmançımız Avropa çempionatının gümüş medalını qazanıb.
"Paralympic.az" saytının məlumatına görə, ümumilikdə komandamız 3 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 8 medal qazanıb. Bunlardan 100+ kq çəki dərəcəsində ilham Zəkiyev, 73 kq çəki dərəcəsində Ramil Qasımov və 66 kq çəki dərəcəsində Bayram Mustafayev qızıl, 57 kq çəki dərəcəsində Səbinə Abdullayeva və 60 kq çəki dərəcəsində Ramin İbrahimov gümüş, 63 kq çəki dərəcəsində Afaq Sultanova və 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı bürünc medala sahib olublar.
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR