Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda bu məktəblərin direktorları işdən azad olundu - ÖZƏL

Sumqayıtda bu məktəblərin direktorları işdən azad olundu - ÖZƏL



Sumqayıt təhsilində islahatlar davam edir.
Bu dəfə Sumqayıtda bir sıra məktəb direktorları tutduğu vəzifədən azad ediliblər.
Xeberle.com-a daxil olan məlumata görə, Sumqayıt şəhər 11 saylı orta məktəbin direktoru Ofelya Babayeva, 27 saylı orta məktəbin direktoru Əlifxan Məmmədov, 40 saylı məktəbin direktoru Ofelya Quliyeva və "Təfəkkür” liseyinin direktoru Bəsirə Ağayeva postları ilə vidalaşmalı olublar.
Qeyd edək ki, direktorlar yaş senzinə görə işdən azad olunublar. Məlumat üçün bildirək ki, sözügedən məktəblərin direktorlarının yaş həddi 65-i keçib.
"Dövlət qulluğu haqqında” Qanundakı dəyişikliklərdə qeyd olunur ki, 65 yaşına çatmış dövlət qulluqçusunun qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun qulluqda olma müddətinin 5 ildən çox uzadılmasına icazə verilmir. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
Görünən odur ki, onların müqavilələrinin müddətinin uzadılmamasına qərar verilib.
 
 
 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR