Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda daha bir məmur vəzifəsindən azad edildi - DİGƏRLƏRİNƏ XƏBƏRDARLIQ EDİLDİ

Sumqayıtda daha bir məmur vəzifəsindən azad edildi - DİGƏRLƏRİNƏ XƏBƏRDARLIQ EDİLDİ


 



Bu gün Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsində rəis Mehman Şükürovun iştirakı ilə mədəniyyət müəssisələri rəhbərlərinin seminar müşavirəsi keçirilib.

İdarənin Mətbuat Xidmətindən "Yenisumqayit.az"a verilən məlumata görə, müşavirədə mədəniyyət müəssisələri rəhbərlərinin hesabat çıxışları dinlənilib.

Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edərək S.Vurğun adına Mərkəzi kitabxanada kitabxana işçiləri ilə və Sumqayıt Dövlət Rəsm Qalereyasında sumqayıtlı rəssamlarla görüşündən danışıb və hər iki görüşdən razı qaldığını bildirib.

Daha sonra mədəniyyət müəssisələrinin fəaliyyətinə toxunan idarə rəisi "28 May” və Corat qəsəbə mədəniyyət evlərinin fəaliyyətini ciddi tənqid edib.

 

Daha sonra, mədəniyyət evlərinin fəaliyyəti, keçirilən tədbirlərin qənaətbəxş olmadığını bildirən M.Şükürov bədii rəhbərlərin fəaliyyətindən narazılığını bildirərək mədəniyyət evləri rəhbərlərinə bununla əlaqədar xüsusi tapşırıq verib.

Uşaq incəsənət və musiqi məktəblərində aşkarlanan nöqsanların artıq aradan qaldırıldığından razılıq edən idarə rəsi istənilən problemlərin həllində koməkliyini əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, Mehman Şükürovun əmrinə əsasən "28 May” mədəniyyət evinin direktoru Həmid Məmmədov tutduğu vəzifədən azad edilib, Corat qəsəbə mədəniyyət evinin direktoru Namiq Balami oğlu Balamiyevə isə fəaliyyətində dönüş yaratmaq şərtilə qısa vaxt verilib.

 

Bununla yanaşı Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Alik qızı Rəşidova və Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Alik qızı Həsənovaya əmək fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ciddi xəbərdarlıq edilib.

 

 

 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR