Sumqayıtda hava

Hadisə

Abşeronda döyüş sursatları aşkarlanıb

Abşeronda döyüş sursatları aşkarlanıb


Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən yanvarın 2-də Abşeron rayonunda döyüş sursatları aşkarlanmışdır.

Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aşkarlanmış sursatlara baxış keçirmişlər. Məlum olmuşdur ki, bunlar istifadəyə yararlı 1 ədəd RQD-5 əl qumbarası və KPM-3U qurğusudur. Sursatlar aidiyyəti üzrə təhvil verilmişdir.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 17:55-də başa çatmışdır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR