Sumqayıtda hava

Cəmiyyət

Türk müəllim sumqayıtlı əlillərə araba payladı - FOTO

Türk müəllim sumqayıtlı əlillərə araba payladı - FOTO

 

Türk müəllim sumqayıtlı əlillərə araba payladı - FOTO



Bakı Türk Anadolu Litseyində, Türk dili və Ədəbiyyat müəllimi Hayri Ataş özünün müəllifi olduğu "Yalnızlık ömür boyu” kitabının satışından əldə etdiyi vəsait hesabına aldığı 1 ədəd motorlu və 11 ədəd adi əlil arabasını "ƏST” İB-in üzvü olan əngəlli insanlara hədiyyə etməsi münasibətiylə tədbir təşkil edilib. Tədbirin aparıcısı Rəhimə Rəşidzadə, qonaqları salamlayaraq, "BTAL”ın tarixi və görülən işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra Bakı Türk Anadolu Litseyinin tələbələrinin hazırladığı "Nərdivan” adlı qısametrajlı film nümayiş etdirilib. Türkiyə səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulgafur Büyükfirat, "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin Beynəlxalq Humanitar Yardımlar üzrə şöbəsinin baş məsləhətçisi cənab Samir İmanov, Hayri Ataş və digər şəxslərin çıxışından sonra, əlil arabaları sahiblərinə təqdim edilib.
Əlil arabaları alan əngəlli insanlar, çox sevincli olduqlarını bildiriblər və bu xeyirxah əməlinə görə Hayri Ataşa təşəkkür ediblər. 
Onu da qeyd edək ki,Hayri Ataş "Yalnızlık ömür boyu” adlı kitabını məhz Əngəlli İnsanlara əlil arabaları almaq məqsədi ilə yazıb, nəşr etdirib.
Xeberle.com

 
Məlumatlardan istifadə edərkən "Yenisumqayit.az"a istinad etmək zəruridir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR